Главная > Siyasət > ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb
ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb17-07-2024, 09:39. Разместил: azadses |
Asya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4,3 %-dən 4,5 %-ə, 2025-ci ildə isə 5 %-dən 5,1%-ə artırıb. “Report” xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”(ADO) hesabatının iyul sayında deyilir. “Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4,3 % böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8,8 % təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır”, - hesabatda bildirilir. ADB hesab edir ki, digər subregional iqtisadiyyatlarda da iqtisadi fəaliyyət eyni dərəcədə güclü olub. Ermənistan 2024-cü ilin birinci rübündə 9,2 % böyüyüb ki, bu da əsasən istehsalat sahəsindəki artımla bağlıdır. Gürcüstan iqtisadiyyatı 4 ayında 9 % genişlənib, çünki güclü kreditləşmə həm daxili istehlakı, həm də investisiyanı dəstəkləyib. Hesabata görə, qızıl satışı da daxil olmaqla ixracatın kəskin artması səbəbindən Tacikistan 2024-cü ilin birinci rübündə 8,2 % templə güclü artımını davam etdirib. Türkmənistanda artım dövlət investisiyaları və xalis qaz ixracı ilə təmin edilir. Özbəkistanda əsas kapitala investisiyaların artması 2024-cü ilin birinci rübündə 6,2 % artıma səbəb olub. Вернуться назад |