Главная > Siyasət > Keçmiş məcburi köçkün: Prezidentin uzaqgörən siyasəti nəticəsində yurdumuza dönürük

Keçmiş məcburi köçkün: Prezidentin uzaqgörən siyasəti nəticəsində yurdumuza dönürük


28-06-2024, 14:43. Разместил: azadses
"Ailəmlə çıxdığım yurduma tək oğlumla qayıdıram".

"Report" xəbər verir ki, bunu doğma yurduna qayıdan keçmiş məcburi köçkün Nəcibə Rəhimova deyib.

O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Laçın şəhəri işğaldan azad ediləcək:

"Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük.

Bakıda 8-ci mikrorayonda köçkünlük həyatı yaşamışıq. Çox çətinliklər görmüşük, amma çox şükür ki, o günlər keçmişdə qaldı".

Xatırladaq ki, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.


Вернуться назад