Главная > Siyasət > Yevda Abramovun vəziyyəti yaxşılaşır - YENİLƏNİB

Yevda Abramovun vəziyyəti yaxşılaşır - YENİLƏNİB


4-12-2019, 16:55. Разместил: azadses
Yaxınları Yevda Abramovun son vəziyyətini barədə
Yəhudi əsilli millət vəkili Yevda Abramovun vəziyyəti ağır olaraq qalır. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan 71 yaşlə deputatın vəziyyətində cüzi yaxşılaşma var.
Bu barədə İstiPress-in şimal bürosuna Abramovun qızı Bəsti Abramova məlumat verib. Onun sözlərinə görə, atası komada deyil, müalucəsi reanimasiya şöbəsində davam etdirilir. Bəsti Abramova hazırda qardaşlarının da Bakıda olduqlarını, hamılıqla atasının müalicəsini və vəziyyətini diqqətdə saxladıqlarını deyib.
53 saylı Quba-Qusar DSK-dan deputat seçilmiş Yevda Abramov xərçəng xəstəliyindən əziyyət çəkir.


09:30
Ötən gün ölüm xəbəri yayılan millət vəkili, 53 saylı Quba-Qusar DSK-dan deputat seçilmiş Yevda Abramov sağdır. Lakin onun vəziyyəti olduqca ağırdır. Bu barədə İstiPress-in Şimal bürosuna onun Qubanın Qırmızı qəsəbəsində yaşayan qohumları məlumat veriblər.
Qohumlarının sözlərinə görə, Bakıda xəstəxanada olan Abramov artıq danışa bilmir. O komadadır. Onun övladları da millət vəkilinin müalicə aldığı Mərkəzi Klinikadadırlar.
Xatırladaq ki, yəhudi əsilli deputat xərçəng xəstəliyindən əziyyət çəkir. O bir neçə il öncə Milli Onkologiya mərkəzində əməliyyat edilib, İsraildə müalicə alıb. 




Вернуться назад