Главная > Siyasət > Lukaşenkonun "sağ əli" istefa verdi – Etirazçılara qoşuldu
Lukaşenkonun "sağ əli" istefa verdi – Etirazçılara qoşuldu18-08-2020, 11:36. Разместил: azadses |
Belarusun Slovakiyadakı səfiri etirazçılara dəstək əlaməti olaraq vəzifəsindən istefa verib. Sfera.az lenta.ru-ya istinadla xəbər verir ki, Prezidentin keçmiş köməkçisi, hazırda Belarusun Slovakiyadakı səfiri İqor Leşenya etirazçıların işgincələr məruz qalmasına etiraz əlaməti olaraq vəzifəsindən istefa verib. Bu barədə Tut.by yazır. "Mən həqiqətən istefa ərizəsi vermişəm. Bu, məntiqli addımdır, çünki səfir kimi hazırkı prezident tərəfindən təyin olunmuşam, bu səbəbdən onun müəyyən etdiyi siyasəti davam etdirməli olduğum güman edilir. Xarici İşlər Nazirliyi hesab eddir ki, ərizəmdə ifadə etdiyim vətəndaş mövqeyi bu çərçivədən kənara çıxıb”,-deyə, Leşeniya aydınlıq gətirib. Diplomat əlavə edib ki, istefa qərarı onu təyin edən şəxs, yəni dövlət başçısı tərəfindən qəbul edilir. Prezident Aleksandr Lukashenko isə müvafiq fərmanı imzalamayıb. Avqustun 16-da Leşenya öz çıxışında prezident seçkilərinin nəticələrinə etiraz edən vətəndaşlara dəstək olub. "Bütün belaruslar kimi, həmyerlilərimin işgəncə və döyülmə olaylarıməni sarsıdıb",- deyə, diplomat bildirib. O, etirazçıların haqq işinə dəstək verdiyini söyləyib. Xatırladaq ki, doqquzuncu gündür ki, Belarusda kütləvi etirazlar keçirilir. Vətəndaşlar hazırkı prezident Lukashenkonun 80 faizdən çox səs topladığı rəsmi prezident seçkilərinin nəticələrinə qarşı çıxır. Ölkənin böyük sənaye müəssisələrində minlərlə işçi tətilə çıxıb. İşçilər Hakimiyyət orqanlarının hərəkətlərinə etiraz əlaməti olaraq, dövlət telekanallarının əməkdaşları istefa verir. Selcan Sfera.az Вернуться назад |