Главная > Siyasət > İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib


27-05-2024, 18:01. Разместил: azadses
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".


Вернуться назад