Главная > Siyasət > Keçmiş məcburi köçkün: “Laçında beş qardaşımı itirmişəm”
Keçmiş məcburi köçkün: “Laçında beş qardaşımı itirmişəm”30-04-2024, 17:13. Разместил: azadses |
“Laçında beş qardaşımı itirmişəm”. Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Dursun Qəmbər qızı Kərimova deyib. O bildirib ki, ölkə başçısının dəmir yumruğu sayəsində bu gün öz doğma yurduna qayıdır: “Bu gün sevincimiz kədərimizə qarışıb. Sevinirik ki, 30 ildən sonra öz yurdumuza qovuşuruq. Üzülürük ona görə ki, bu doğmalarımıza ömür vəfa etmədi ki, onlar da bu günləri görsünlər. Mal-mülk heç nə torpağımız qədər önəmli deyil. Dövlətimiz Laçında, azad olunan ərazilərdə bizlər üçün çox gözəl şərait yaradıb. Amma bizim üçün ən önəmlisi torpaqlarımızın azad olunmasıdır. Mən beş qardaşımı itirmişəm Laçında. Ora gedib ən birinci xatirələrimizlə dolu torpağımızı qucaqlayıb öpəcəyik. Ailəmiz çox böyük idi, Bakıda, rayonlarımızda köçkünlük həyatı sürdük. Bu gün amma o qorxulu yuxularımız sona çatır. Bundan sonra cavanlarımıza, gənclərimizə, uşaqlarımıza sülh, əmin-amanlıq diləyirəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Aytac Qasımova Вернуться назад |