Главная > Siyasət > Hafiz Hacıyevin “içiboş” hesabatı: “Acından ölürük”

Hafiz Hacıyevin “içiboş” hesabatı: “Acından ölürük”


17-08-2020, 12:42. Разместил: azadses
Müasir Müsavat Partiyasının (MMP) 2019-cu il üzrə Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında gəlir və xərclər bölməsi boş göstərilib.
Hesabata görə, partiya nə gəlir əldə edib, nə də xərc çəkib. Bəlkə də, gəlirin olmaması normaldır, çünki partiyaya dövlət büdcəsindən pul ayrılmır.
“Siyasi partiyalar haqqında” qanuna əsasən, yalnız Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır.
Ancaq MMP-nin hesabatında xərclər qrafasının boş saxlanılması məntiqi cəhətdən real görünmür. Çünki hər bir partiyanın xərci var. Özü də MMP-nin qərargahı icarədə olan əmlakdır.
MMP sədri Hafiz Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, dövlət büdcəsindən parlamentə düşən partiyalara pul verilir.
“Ancaq biz acından ölürük. Biz dövlət tərəfindən maliyyələşdirilmədiyimizə görə hesabatda gəlir bölməsində heç bir rəqəm göstərmirik. Bizdə üzvlük haqları da yığılmır”, - deyə H.Hacıyev əlavə edib.
Partiya sədri qeyd edib ki, rəhbəri olduğu təşkilatın qərargahının icarə haqqını özü və müavinləri ödəyir.
“Hərəmiz 100-200 manat pul tapıb icarə haqqını veririk. Bizim xərcimiz çıxmır. İctimai əsaslarla işləyən adamlarıq. Başqaları kimi agent deyilik ki, xaricdən pul alaq. Nə də hakimiyyətə işləmirik ki, bizə onlar pul ayırsınlar”.


Вернуться назад