Главная > Siyasət > Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir


23-04-2024, 15:29. Разместил: azadses
Bu çox gözəl bir hissdir. Bu hissi yaşamaq möhtəşəmdir. İnanırsınız, mənim əşyalarım bu köç xəbəri yayılandan hazır idi. Bu günü səbirsizliklə gözləyirdik.

"Report" xəbər verir ki, bu sözləri Füzuli şəhər sakini Roza Mənsimova deyib.

"Nəvəmin doğulduğu 40 gündür. Hesab edirəm ki, nəvəmə də, bizə də ən böyük hədiyyə yurdumuz oldu. Allah bu günləri bizə yaşadanlardan razı olsun. Tanrı Prezidentimizi, əsgərlərimizi qorusun, şəhidlərə rəhmət eləsin", – o qeyd edib.

Xatırladaq ki, aprelin 23-də, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.


Вернуться назад