Главная > Siyasət > Füzuli sakini: “Artıq köçkün həyatımız sona çatdı”
Füzuli sakini: “Artıq köçkün həyatımız sona çatdı”27-03-2024, 10:30. Разместил: azadses |
“Füzuli şəhərindən altı qızım və həyat yoldaşımla çıxmışdım, indi iki nəfər qayıdırıq”. Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Məhəmməd Səyyad oğlu Hüseynov deyib. O bildirib ki, hələ də Füzuli şəhərinə köç etdiyinə inana bilmir: “30 ildən çox idi ki, Bakının Nizami rayonunda məcburi köçkün həyatı yaşayırdıq. Şükürlər olsun ki, bu gün öz doğma yurdumuza qayıdırıq. Füzulidən altı qızım və həyat yoldaşımla çıxmışdım. Qızlarımın hamısı artıq ailə qurub, bu gün həyat yoldaşımla öz yurduma qayıdıram. Hələ də inana bilmirəm ki, artıq köçkün həyatımız sona çatdı, hələ də Füzulimizə sakin kimi qayıtdığımıza inana bilmirəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (134 nəfər) öz doğma yurduna köçürülür. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib. Aytac Qasımova Вернуться назад |