Главная > Siyasət > Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması üçün mexanizm yaradıla bilər
Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması üçün mexanizm yaradıla bilər29-02-2024, 13:00. Разместил: azadses |
Azərbaycanda vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması üçün mexanizm yaradıla bilər. “Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması, eyni zamanda işgüzar nüfuzu ləkələyən məlumatların, o cümlədən audio və ya video materialların media subyektlərində yayılmasına qarşı mübarizənin sistemli təşkili məqsədilə mexanizmin yaradılması təklif edilir. Вернуться назад |