Главная > Siyasət > Papikyan: İrəvan Bakı ilə sülh sazişi imzaladıqdan sonra da silah alacaq
Papikyan: İrəvan Bakı ilə sülh sazişi imzaladıqdan sonra da silah alacaq23-02-2024, 09:41. Разместил: azadses |
Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra da silah və sursat almağa davam edəcək. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda fransalı həmkarı Sebastyan Lekornu ilə birgə mətbuat konfransı zamanı bildirib. “Yaxın gələcəkdə regiondakı vəziyyətdən asılı olmayaraq, hətta sülh sazişi imzalandıqdan sonra da Ermənistan silah və sursat almağa davam edəcək”, - o qeyd edib. Вернуться назад |