Главная > Siyasət > MDB PA Şurasının Baş katibi: “Azərbaycanda prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunub”
MDB PA Şurasının Baş katibi: “Azərbaycanda prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunub”7-02-2024, 14:40. Разместил: azadses |
Azərbaycanda prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb, təşkilatçılıq çox yaxşıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski deyib. “Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib. Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - o vurğulayıb. D.Kobitski vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası artıq 30 ildir ki, seçkiləri müşahidə edir: “Bu il biz belə bir yubileyi qeyd edirik. Müşahidənin daha obyektiv və prosesin bütün iştirakçıları üçün daha anlaşıqlı olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun yaradılması qərara alınıb. 2005-ci ildə elə burada, Bakıda qəbul olunub”. Вернуться назад |