Главная > Siyasət > Ermənilər qorxu içində "Əliyev Ermənistanı uddu"

Ermənilər qorxu içində "Əliyev Ermənistanı uddu"


29-10-2019, 15:14. Разместил: azadses
Prezident danışdı, ermənilər narahat oldu
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı üstələdi. Belə nəticəyə ölkənin Respublika partiyasının sədr müavini, eks deputat Armen Aşteyan gəlib. O, ölkə rəhbərliyini Bakıda ötən həftə keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə qatılmadığı üçün kəskin tənqid edib.

Aşteyanın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışının böyük hissəsini məhz Qarabağ məsələsinə yönəldib, Azərbaycanın maraqlarını qoruyub. Keçmiş deputat Ermənistanın hazırkı rəhbərliyinin beynəlxalq konfranslarda Qarabağ məsələsi haqqında dnaışmaqdan qaçdığını deyib. 
Keçmiş deputat erməni XİN başçısının BBC-yə  müsahibəsinə də toxunub. O, bunu tam iflas adlandırıb. "BBC-nin jurnalisti erməniləriun Qarabağ münaqişəsinə yanaşaması ilə bağlı sualları ilə Zohrab Mnatsakanyanı dalana dirəyib".
Bu gün Ermənsitan rəhbərliyinin təbliğat maşını xarici siyasət idarəsinin rəhbərinin səfeh müsahibəsinin nəticələrinin qarşısını almağa çalışır. “Ancaq onlar o qədər yazıq və zəifdirlər ki... Ermənistanın bütün diplomatiyası kimi”. 





Вернуться назад