Главная > Siyasət > Naxçıvanda seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır
Naxçıvanda seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır13-01-2024, 14:40. Разместил: azadses |
Naxçıvanda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərinə hazırlıq işləri davam etdirilir. "Report"un yerli bürosunun məlumatına görə, 6 saylı Ordubad-Culfa dairə seçki komissiyasının sədri Həsən Həsənov bildirib ki, “zəfər seçkiləri”ndə hər kəsin səsvermə hüququndan istifadə etməsi üçün şəffaf şərait yaradılır. “Bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub. İlkin seçici siyahıları məntəqələrə verilib. Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılır. 6 saylı Ordubad seçki komissiyası 63 seçki məntəqəsini əhatə edir. Hərbi hissələrdə əlavə 2 məntəqə yaradılacaq və nəticədə 65 məntəqədə prezident seçkiləri keçiriləcək”, - o bildirib . Qeyd olunub ki, vətəndaşlar adlarının seçici siyahısında olub-olmadığını və ümumiyyətlə seçki prosesində onları maraqlandıran suallarla əlaqədar Mərkəzi Seçki Komissiyasının internet saytından, eləcə də qeydiyyatda olduğu seçki məntəqəsinə müraciət etməklə məlumat əldə edə bilərlər. Вернуться назад |