Главная > Siyasət > Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin məhkəməsi başlayır

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin məhkəməsi başlayır


25-12-2023, 18:46. Разместил: azadses
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Mahmudzadə Çingiz Akif oğlunun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, onun cinayət işi üzrə istintaq yekunlaşıb.

Cinayət işinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

İstintaq materiallarına əsasən, onun xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ç.Mahmudzadə bu il oktyabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstandan ölkəmizə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) maddələri ilə cinayət işi açılıb.


Вернуться назад