Главная > Siyasət > Baş nazirin müavini: “Bu konfrans Özbəkistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”
Baş nazirin müavini: “Bu konfrans Özbəkistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”20-11-2023, 16:06. Разместил: azadses |
“Qoşulmama Hərəkatının bugünkü konfransı gender bərabərliyinə nail olmaq və qadınları dəstəkləmək üçün böyük əhəmiyyət kəsb edir”. “Report” xəbər verir ki, bunu Özbəkistan Baş nazirinin müavini Zulayho Mahkamova noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub: “Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb. Belə ki, 100-ə yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər ratifikasiya olunub”. Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistemlə kreditlər verməyə başlayıb. Z.Mahkamova vurğulayıb ki, bu konfrans Özbəkistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək: “Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur”. Вернуться назад |