Главная > Siyasət > Milli Məclisin buraxılması məsələsi dekabrın 2-nə qaldı

Milli Məclisin buraxılması məsələsi dekabrın 2-nə qaldı


29-11-2019, 14:14. Разместил: azadses
İclasın gündəliyində 1 məsələ var
Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib. 
O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir".
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.




Вернуться назад