Главная > Siyasət > Baş konsulluq İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Baş konsulluq İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib23-10-2023, 12:54. Разместил: azadses |
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Türkiyənin İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb. Bildirilib ki, oktyabrın 28-dən noyabrın 5-dək baş tutacaq qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri olmayan şəxslərlə bağlı isə valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzrədə tutulur. Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir: Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə) Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə) Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün) Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim olun edilməlidir: Doğum haqqında şəhadətnamənin surəti Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: Etibarlı ümumvətəndaş pasportunun surəti Subaylıq haqqında arayış Nikahın bağlanması haqqında tərəflərin ərizəsi Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) Tibbi müayinədən keçdiyini təsdiq edən arayış Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi Valideynləri ərizəsi Valideynlərin etibarlı pasportlarının surəti Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: Valideynlərin ərizəsi Valideynlərin pasportlarının surəti Doğum haqqında şəhadətnamələrin surəti Вернуться назад |