Главная > Siyasət > Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qərəzli qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qərəzli qətnaməsini pisləyib


21-10-2023, 13:00. Разместил: azadses
Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir.

"Report" xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd edilib.

"Çex parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə və tarixi və dini abidələri qorumağa” çağırır.

Qoy, çex parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya Müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin", - bəyanatda vurğulanıb.


Вернуться назад