Главная > Siyasət > Reza Vəziri: "Söyüdlü sakinlərinin əvvəlcədən məlumatlandırılmaması bizim nöqsanımızdır"

Reza Vəziri: "Söyüdlü sakinlərinin əvvəlcədən məlumatlandırılmaması bizim nöqsanımızdır"


28-09-2023, 18:36. Разместил: azadses
"Söyüdlü sakinlərini tullantılar barədə əvvəlcədən məlumatlandırmalı idik. Bu bizim nöqsanımızdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo Asian Mining Plc" şirkətinin baş direktoru Reza Vəziri keçirdiyi brifinq zamanı bildirib.

"Bu nöqsana yol verilməsəydi, bəlkə də vəziyyətin bu həddə çatmasının qarşısını almaq mümkün olardı. Təəssüf ki, bununla bağlı vaxtında fəaliyyət göstərmədik. Bunu etiraf edirəm", - deyə o qeyd edib.


Вернуться назад