Главная > Siyasət > Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb
Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb28-09-2023, 17:49. Разместил: azadses |
Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb. "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər: Telefon nömrəsi: +994 12 526 09 19 WhatsApp nömrəsi: +994 70 527 09 19 Elektron poçt ünvanı: [email protected] Bundan başqa, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək. Вернуться назад |