Главная > Siyasət > KİV: “İran Türkiyə və Azərbaycan güclənməsin deyə Zəngəzur dəhlizinə qarşı çıxır”

KİV: “İran Türkiyə və Azərbaycan güclənməsin deyə Zəngəzur dəhlizinə qarşı çıxır”


19-09-2023, 16:49. Разместил: azadses
“İran Türkiyə və Azərbaycan güclənməsin deyə Zəngəzur dəhlizinə qarşı çıxır. Bu gün İran bölgədə Türkiyəyə qarşı bir çox fəaliyyətin arxasında dayanır. Öz rejimini, maraqlarını sırımaq üçün nə lazımdırsa edir”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Aksam” qəzeti yazıb.

“Biz bunu Azərbaycanda görürük. İran ermənilərlə əməkdaşlıq edir. Onların arxasında durur. İran ermənilərə dəstək verir, maneə ardınca maneə yaradır. İran Suriyadan Türkiyəyə gələn təhlükəyə qarşı duracağını istehza ilə iddia edir. Təbii ki, mümkün deyil” - deyə nəşr yazır.

Məqalədə Rusiyanın da fəaliyyətinə toxunulub. Bildirilib ki, Rusiya Suriya rejiminin qoruyucusudur: "Suriyanın şimalında terrora qarşı 30 kilometrlik təhlükəsizlik kəməri quracağına söz verib, sonra bunun qarşısını almaq üçün əlindən gələni etdi. YPG və PKK ilə də təmasdadır. Onlara güvənmək və addım atmaq mümkün deyil”.


Вернуться назад