Главная > Siyasət > Rasim Musabəyov: “Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün vacibdir”
Rasim Musabəyov: “Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün vacibdir”11-09-2023, 18:47. Разместил: azadses |
“Orta dəhliz Azərbaycan və Qazaxıstan üçün çox vacibdir”. “Report” xəbər verir ki, bunu “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov deyib. “Orta Dəhlizdən danışırıqsa, bu, lazım olan şaxələndirmə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Çin üçün dünya bazarlarına çıxış deməkdir”, - o bildirib. Deputat türk dövlətlərinin inteqrasiyasının inkişafının vacibliyini də vurğulayıb: “Bu, ilk növbədə, Mərkəzi Asiya dövlətlərinin qardaşlığı deməkdir”. O qeyd edib ki, Qazaxıstanın maraqları beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən hər zaman nəzərə alınacaq və dəstəklənəcək. Вернуться назад |