Главная > Siyasət > İƏT dünya ictimaiyyətini İrəvana qarşı səmərəli tədbirlər görməyə çağırıb

İƏT dünya ictimaiyyətini İrəvana qarşı səmərəli tədbirlər görməyə çağırıb


10-09-2023, 09:42. Разместил: azadses
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə İƏT-in bəyanatında bildirilib.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” bölgədə beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri, İƏT qətnamələri və ATƏT prinsipləri daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

İƏT Baş Katibliyi Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” danışıqlara xələl gətirən addım kimi qiymətləndirir. İƏT Baş Katibliyi özündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ehtiva edən bu qeyri-legitim seçkiləri tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa və Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün səmərəli tədbirlər görməyə çağırır”, - Təşkilat qeyd edib.


Вернуться назад