Главная > Siyasət > Baş katib: “Gətirdiyimiz yüklər Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”
Baş katib: “Gətirdiyimiz yüklər Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”1-09-2023, 19:21. Разместил: azadses |
“Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”. Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib. O bildirib ki, artıq dörd gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir: “Hazırda müvafiq cavab gözləyirik. Hər hansı bir nəticə olan zaman məlumatı sizinlə bölüşəcəyik. Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”. Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur. Вернуться назад |