Главная > Siyasət > Erməniəsilli şəxs: "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidin təmin olunmasından razıyıq"

Erməniəsilli şəxs: "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidin təmin olunmasından razıyıq"


22-08-2023, 17:00. Разместил: azadses
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Elen Arstamyan sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını ifadə edən E.Arstamyan hər şeyin yaxşı olduğunu söyləyib.

O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.

Bundan əvvəl isə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən 9 avtomobilin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 57 şəxsin maneəsiz hərəkətinə şərait yaradılıb.


Вернуться назад