Главная > Siyasət > Amerikalı ekspert: “Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”
Amerikalı ekspert: “Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”22-08-2023, 16:08. Разместил: azadses |
“Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”. Bunu “Report”a açıqlamasında ABŞ-nin “Maine” Universitetinin vitse-prezidenti Lizzi Vahab deyib. O bildirib ki, müharibənin bitməsi üçün kilid nöqtə ABŞ-dəki növbəti prezident seçkiləridir: “Ruslar uzun bir oyun oynayırlar, ABŞ soyuq müharibədən bəri bir çox sanksiyalar həyata keçirib, lakin Rusiya hələ də gücə sahibdir. Mən sanksiyaların bu rəqəmsal dünyada irəliyə doğru yol olduğuna əmin deyiləm. Müharibənin nə vaxt bitəcəyinə gəldikdə isə bu, ABŞ istədiyi vaxt mümkün olacaq. Danışıqlar sadəcə bir prosesdir”, - deyə o əlavə edib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevral ayının 24-də başlayıb. Вернуться назад |