Главная > Siyasət > Amerikalı ekspert: “Yeni müharibə region üçün pis, Ermənistan üçün isə ən pis yoldur”
Amerikalı ekspert: “Yeni müharibə region üçün pis, Ermənistan üçün isə ən pis yoldur”17-08-2023, 19:12. Разместил: azadses |
“Yeni müharibə region üçün pis, Ermənistan üçün isə ən pis yoldur”. “Report” xəbər verir ki, bu barədə “Hudson” İnstitutunun milli təhlükəsizlik və xarici siyasəti üzrə araşdırmaçısı Lyuk Koffi (Luke Coffey) “X”də paylaşım edib. “Ola bilsin ki, bu yazdığım xoşunuza gəlmir, amma reallıq budur. Ermənistanın edə biləcəyi ən yaxşı şey Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Azərbaycandakı etnik ermənilərin edə biləcəyi ən yaxşı şey isə Azərbaycanın cəmiyyətinin bir parçası olmaqdır”,-deyə o qeyd edib. Вернуться назад |