Главная > Siyasət > Prezident Bakı Dövlət Universitetinin yubileyində çıxış etdi - FOTO

Prezident Bakı Dövlət Universitetinin yubileyində çıxış etdi - FOTO


26-11-2019, 18:23. Разместил: azadses
İlham Əliyev mərasimdə nitq söyləyib
Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış etdilər.
Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış etdi.
Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı oldu.
Sonda Bakı Dövlət Universitetinin himni səsləndirildi.





Вернуться назад