Главная > Siyasət > Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq


6-07-2023, 11:24. Разместил: azadses
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

“Report” xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

N.Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.


Вернуться назад