Главная > Siyasət > Melaneziya Təşəbbüs Qrupunun nümayəndəsi Prezident İlham Əliyevə təşəkkür edib
Melaneziya Təşəbbüs Qrupunun nümayəndəsi Prezident İlham Əliyevə təşəkkür edib6-07-2023, 20:35. Разместил: azadses |
“Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə müstəmləkəçilik siyasətinə məruz qalan ölkələrə dəstəyinə görə təşəkkür edirik”. “Report”un xəbərinə görə, bunu Melaneziya Təşəbbüs Qrupunun siyasi məsələlər üzrə direktoru Ilan Kiloe Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən konfransda deyib. Tədbirə dəvətə görə Azərbaycana təşəkkür edən direktor bildirib ki, müstəmləkə altında qalan xalqlara dəstək üçün vasitələr axtarılır və bu toplantı da müzakirələr baxımından yaxşı vasitədir: “Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir və apardığımız mübarizədə buradakı ölkələrin nümayəndələrinin bizə dəstək olacağına ümid edirik”. Вернуться назад |