Главная > Siyasət > Fərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”

Fərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”


6-07-2023, 19:47. Разместил: azadses
“Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir: “Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur”.

F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib bir platformadır: “Bu Hərəkat Azərbaycanı dəstəkləyib”.


Вернуться назад