Главная > Siyasət > Ermənistanın keçmiş müdafiə naziri və Qarabağ separatçıları müharibəyə görə dindiriləcək
Ermənistanın keçmiş müdafiə naziri və Qarabağ separatçıları müharibəyə görə dindiriləcək6-07-2023, 11:46. Разместил: azadses |
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan İkinci Qarabağ müharibəsi ilə bağlı araşdırma aparan parlament komissiyasında dindiriləcək. “Report” xəbər verir ki, bunu “Joqovurd” nəşri yazıb. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutunyan, 44 günlük müharibə dövründə separatçıların “müdafiə naziri” olmuş Cəlal Arutyunyan da komissiyaya çağırılacaq. Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan iyunun 20-də komissiyada dindirilib. Xatırladaq ki, D.Tonayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olub. 2020-ci il noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra həbs edilib. O, dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. C.Arutunyan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralanıb. Hazırda o, Ermənistan Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır. Вернуться назад |