Главная > Siyasət > Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"
Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"30-06-2023, 12:34. Разместил: azadses |
"Ən çətin məsələlərin həlli sonraya qalıb". "Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib. O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb". Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Вернуться назад |