Главная > Siyasət > Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub

Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub


28-06-2023, 12:33. Разместил: azadses
Azərbaycan BMT Baş Assambleyasının gender bərabərliyi ilə bağlı kampaniyasına qoşulub.

Bu barədə "Report"un ABŞ bürosuna BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir.

P.Kubiak əlavə edib ki, sosial layihə BMT-nin gender bərabərliyi və cinsi istismarın qarşısının alınması üzrə onlayn təlimlərini təşviq edir.

Ölkəmizlə yanaşı BMT-yə üzv olan 34 ölkə bu kampaniyaya qoşulub.

Xatırladaq ki, kampaniyanın birinci mərhələsi iyunun 30-dək davam edəcək.


Вернуться назад