Главная > Siyasət > Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək


27-06-2023, 13:44. Разместил: azadses
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul iyulun 7-də, saat 10:00-da rayonun Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Qax, Qəbələ, Oğuz rayon və Şəki şəhər sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.


Вернуться назад