Главная > Siyasət > Senat sədri: "Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir"

Senat sədri: "Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir"


15-05-2023, 21:28. Разместил: azadses
"Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir".

"Report"un xəbərinə görə, bu fikirləri Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.


Вернуться назад