Главная > Siyasət > Vahid Əhmədov: “Manatın taleyinə aydınlıq gətirilməlidir”

Vahid Əhmədov: “Manatın taleyinə aydınlıq gətirilməlidir”


6-08-2020, 11:07. Разместил: azadses
Milli Məclisin iclasında deputat Vahid Əhmədov bir sıra təkliflər səsləndirib.
Oxu.Az-ın xəbərinə görə, V.Əhmədov bildirib ki, karantin rejimi dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməlidir.
“Türkiyədə bütün müəssisələr işləyir, amma dövlət ciddi nəzarət edir. Karantin rejimini pozanlara qarşı tədbirlər görülür”, - deyə V.Əhmədov əlavə edib. 
O, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib ki, hökumət Azərbaycanda yaranan su qıtlığının aradan qaldırılması üçün addımlar atmalıdır.
V.Əhmədov onu da bildirib ki, büdcə sənədində manatın taleyinə də aydınlıq gətirilməlidir. 

Вернуться назад