Главная > Siyasət / Manset > İlham Əliyev: “Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur”

İlham Əliyev: “Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur”


28-03-2023, 17:43. Разместил: admin
İlham Əliyev: “Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur”

“Laçın şəhərinin bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, 50 kilometrdən çox daxili yollar yenidən qurulur”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Laçın şəhəri Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, bir cənnət məkan olacaq. “Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Вернуться назад