Главная > Siyasət / Manset > Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq
Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq23-03-2023, 15:38. Разместил: admin |
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiyaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Onun sözlərinə görə, səfər gələn həftəyə planlaşdırılıb. “Martın 29-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq”, - deyə Zaxarova brifinqdə bildirib. Вернуться назад |