Главная > Siyasət > Çavuşoğlu: “İsveçin terrora qarşı mübarizəsi yetərsizdir”
Çavuşoğlu: “İsveçin terrora qarşı mübarizəsi yetərsizdir”21-03-2023, 10:13. Разместил: admin |
Türkiyə hələ də İsveçin terrorizmlə mübarizə üzrə Madrid memorandumunun həyata keçirilməsi ilə bağlı fəaliyyətini NATO-ya üzvlük ərizəsini təsdiqləmək üçün yetərsiz hesab edir. Bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə zəlzələlərlə əlaqədar Türkiyə və Suriyaya yardım donorlarının beynəlxalq konfransının yekunlarına əsasən bildirib. “Biz görürük ki, İsveçin yeni hökuməti terrorla mübarizə memorandumunu həyata keçirmək üçün müəyyən addımlar atır, lakin hələlik bunlar kifayət deyil”, - Çavuşoğlu bəyan edib. Вернуться назад |