Главная > Siyasət / Manset > Sergey Lavrov: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatları stabilləşmə üçün əsas olaraq qalır”

Sergey Lavrov: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatları stabilləşmə üçün əsas olaraq qalır”


20-03-2023, 18:39. Разместил: admin
Sergey Lavrov: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatları stabilləşmə üçün əsas olaraq qalır”

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlar, şübhəsiz ki, regionda müxtəlif sahələrdə vəziyyətin stabilləşməsinin açarı olaraq qalır”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı deyib.

“Biz şübhə etmirik ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin üçtərəfli bəyanatları regionda vəziyyətin stabilləşməsinin təmin edilməsi yönündə iqtisadi, hərbi-siyasi və beynəlxalq hüquq sferalarında bütün qərarların icrası üçün açar olaraq qalır”, - deyə Lavrov qeyd edib.
Вернуться назад