Главная > Siyasət > Türk Dövlətləri Təşkilatının növbəti sammitinin keçiriləcəyi məkan bəlli oldu
Türk Dövlətləri Təşkilatının növbəti sammitinin keçiriləcəyi məkan bəlli oldu16-03-2023, 17:52. Разместил: admin |
“Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşü bu ilin oktyabr ayında Qazaxıstanın müqəddəs Türkistan şəhərində keçiriləcək”. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşündə çıxışı zamanı deyib. “Siz bilirsiniz ki, hazırda dünyada geosiyasi və iqtisadi vəziyyət necə ağırdır. Bu şəraitdə türk dünyasının əməkdaşlığının gücləndirilməsi çox vacibdir. Bununla da təşkilatımız beynəlxalq aləmdə layiqli yer tutduğunu nümayiş etdirəcək. Ölkələrimiz siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə çıxarmalıdır. Bu, Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”, - deyə Qazaxıstan prezidenti vurğulayıb. Вернуться назад |