Главная > Siyasət / Manset > Peskov Ermənistanın qərarı barədə: “Kreml buna mənfi münasibət bəsləyir”
Peskov Ermənistanın qərarı barədə: “Kreml buna mənfi münasibət bəsləyir”10-03-2023, 17:00. Разместил: admin |
“Kreml bəzi KİV rəhbərlərinin və Rusiyadan olan deputatların Ermənistana girişinə qoyulan qadağaya mənfi münasibət bəsləyir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib. O, bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir. “Açığı, biz buna mənfi münasibət bəsləyirik... İkitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi münasibətlərimizi belə hallardan qorumağa məcbur edir”, - deyə o əlavə edib. Peskov Moskva ilə İrəvan arasında yaxın gələcəkdə belə halların təkrarlanmayacağına ümid etdiyini vurğulayıb. Вернуться назад |