Главная > Siyasət > Akşenerin zəngindən sonra İmamoğlu və Yavaş görüşdü
Akşenerin zəngindən sonra İmamoğlu və Yavaş görüşdü4-03-2023, 09:21. Разместил: admin |
Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, görüşün İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş verdiyi bildirilib. Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb. Вернуться назад |