Главная > Siyasət / Manset > ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək
ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək3-03-2023, 21:24. Разместил: admin |
ABŞ və Cənubi Koreya mart ayında 2017-ci ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək. “Freedom Shield” adlanan manevrlər martın 13-dən 23-dək keçiriləcək. Ölkələrin birgə bəyanatına görə, təlimlər təhlükəsizlik mühitində vəziyyətin dəyişməsi nəzərə alınmaqla NATO qüvvələrinin müdafiə və cavab imkanlarını gücləndirməyə, KXDR-in təcavüzünə və son müharibələrdən alınan dərslərə yönəlib. Fevralın 17-də Pxenyan bəyan edib ki, Koreya yarımadası ərazisində birgə təlimlərin keçiriləcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın “uzunmüddətli, görünməmiş və güclü həlledici cavab”la üzləşəcək. Qeyd olunub ki, KXDR-də bu cür manevrlərin elan edilməsi təcavüzkar müharibəyə hazırlıq kimi qəbul edilir. Вернуться назад |