Главная > Siyasət / Manset > Azərbaycanın BMT-dəki nümayəndəsi: “Ukraynada baş verənlərdən narahatıq”

Azərbaycanın BMT-dəki nümayəndəsi: “Ukraynada baş verənlərdən narahatıq”


23-02-2023, 09:22. Разместил: admin
Azərbaycanın BMT-dəki nümayəndəsi: “Ukraynada baş verənlərdən narahatıq”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Baş Assambleyanın Ukraynaya həsr olunmuş 11-ci fövqəladə xüsusi sessiyasında çıxış edib.


“Report”un ABŞ bürosunun xəbərinə görə, diplomat qeyd edib ki, böhran dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüququn norma və prinsipləri əsasında, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət çərçivəsində həll olunmalıdır.

O, digər üzv dövlətlərlə yanaşı Azərbaycanın da Ukraynada baş verənlərdən dərin narahatlıq keçirdiyini ifadə edib. Diplomat Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımlardan da bəhs edib:

“Azərbaycan ağır humanitar fəsadların aradan qaldırılmasında Ukrayna xalqına kömək etmək üçün öz milli imkanları çərçivəsində ardıcıl addımlar atır və Ukraynaya davamlı olaraq humanitar yardım göstərir”.
Вернуться назад