Главная > Siyasət > Nazirdən ölkədəki ÜDM-lə bağlı bədbin PROQNOZ

Nazirdən ölkədəki ÜDM-lə bağlı bədbin PROQNOZ


5-08-2020, 10:49. Разместил: azadses
“Azərbaycanın büdcəsində nəzərdə tutulduğundan artıq profisit yaranıb”. 
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib. 
O bildirib ki, 2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb. 
Bu da proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.
S.Şərifov əlavə edib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən olunan mədaxilə əsasən profisit proqnozdan artıqdır.
S.Şərifov profisit (büdcə artıqlığı) yaranmasına baxmayaraq, dövlət büdcəsinə dəyişikliyi zəruri edən amillərin olduğunu vurğulayıb. 
Nazir söyləyib ki, apreldən etibarən Azərbaycanda ÜDM-in səviyyəsi aşağı düşüb və bu tendensiya davam edəcək.
O, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin də büdcəyə dəyişikliyi zəruri etdiyini söyləyib.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində neftin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif olunur.

Вернуться назад