Главная > Siyasət > Moskva VDNX-də Azərbaycan pavilyonu açıldı

Moskva VDNX-də Azərbaycan pavilyonu açıldı


23-11-2019, 14:05. Разместил: azadses
X Rusiya – Azərbaycan regionlararası forumu da baş tutub
Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (VDNX) əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışı olub. Açılışda bu ölkədə səfərdə olan Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak edib. Mərasimə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva, baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat nziri Mikayıl Cabbarov və başqa rəsmilər də qatılıblar. 
"Moskva-Bakı" portalının məlumatına görə, M.Əliyeva və V.Matviyenkonu milli geyimli gənclər qarşılayıblar. Birinci vitse-prezident açılışı bildirən lenti kəsib. 
Bu gün həmçinin Moskvada keçirilən X Rusiya – Azərbaycan regionlararası forumu da olub. Matviyenko forumda çıxışı zamanı bildirib ki,  II Dünya müharibəsi tarixinin yenidən yazılması cəhdləri, faşizm üzərində qələbədə Azərbaycan və Rusiya xalqlarının rolunu azaltmaq istəklərinin qarşısını almaq üçün səyləri birləşdirmək lazımdır. 
"Bizim xalqlarımızı çozillik dostluq münasibətləri, zəngin mədəni və tarixi irs bağlayır. Gələn il biz bilikdə Qələbənin 75 illiyini qeyd edəcəyik". 




Вернуться назад