Главная > Siyasət > Real partiyasının onlayn qurultayı keçirildi

Real partiyasının onlayn qurultayı keçirildi


5-08-2020, 09:46. Разместил: azadses
“Real” partiyasının dünən onlayn təsis qurultayı keçirilib.
Partiyanın Siyasi komitəsinin üzvü Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarına uyğun olaraq qurultay virtual keçirilib: “Konfransda 108 qurultay nümayəndəsindən 98-i iştirak etdi. Qurultayda partiya təsis olundu, nizamnaməsi, proqramı və rəmzləri qəbul olundu. Bundan sonra 6 nəfərdən ibarət Siyasi Komitə seçildi, partiya sədrini də həmin komitə üzvləri seçəcək. Sədrin səlahiyyətləri azaldıldı, əsas qərarverici qurum Siyasi Komitə olacaq. Burada da qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Siyasi Komitənin səs çoxluğu ilə sədri vəzifədən kənarlaşdırmaq səlahiyyəti də var. Siyasi Komitə gələcəkdə üzvlərinin sayını artıra bilər”. 
N.Cəfərli bildirib ki, İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Zaur Qurbanlı və Mahmud Mahmudov Siyasi Komitə üzvü seçilib:
“Hazırda sənədlər hazırlanır, növbəti həftə partiyanın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq. Sədr Siyasi Komitənin ilk iclasına seçiləcək. Hazırda İlqar Məmmədovdan başqa komitə üzvünün sədrliyə namizəd olması müzakirə olunmayıb”

Вернуться назад